Accessibility links

Əfqanıstan qadınları kişilərin hakim olduğu restoran sənayesinə keçir


Əfqanıstan qadınları kişilərin hakim olduğu restoran sənayesinə keçir
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Əfqanıstanda qadınlar tədircən kişilərin hakim olduğu restoran sənayesinə keçirlər. Əfqanıstanın mərkəzi Bamiyan vilayətində yalnız qadınların idarə etdiyi bir restoran bölgədə yeməksevərləri özünə cəlb edir.

`Heydərian`ı Zəhra Heydəri açıb və bura yalnız qadınların işlədiyi unikal restorandır. Heydəri restoranı ləzzətli yeməklər bişirmək, eyni zamanda qadınları işçi qüvvəsində gücləndirmək məqsədilə açdığını deyir. "Əfqanıstanda və xüsusən də Bamiyanda qadın və kişilər restoranlarda çox vaxt ayrı otururlar. Mən belə olmasını istəmirdim. Mən hamıya eyni münasibət göstərilən bir mühit yaratmaq istədim."

"Mən ümumiyyətlə buraya ab-havaya görə gəlirəm, oğlanlar və qızlar burada rahat söhbətləşə bilir." deyə, Pərham Kovaş adlı müştəri bildirir.

Bu restoranı digərlərindən fərqləndirən başqa cəhət də var - menyudakı yeməklərin əksəriyyətinin, yerli sakinlərin dediyi kimi, 'ava-saana' yəni `cəlbedici` olması.

Restoranların çoxunda kabablar, müxtəlif düyü yeməkləri, yəni oxşar yeməklər olur. `Heydərian` küftəyə çox bənzəyən və digər restoranlarda tapmaq çətin olan bolani, aşak və mantı - evdə hazırlanan kimi xəmirdən hazırlanan ev yeməkləri təklif edir.

Müştərilərin təkrar dönməsinə səbəb elə budur. Zəhra Əlbər: "Bolani və samosa sifariş etdim, çox ləzzətlidir. Buraya ilk dəfə gəlirəm və çox xoşuma gəldi. Uşaqlarım da buranı sevdi."

Hacı Abdulla: "Baxmayaraq ki, bunlar bəzən evdə bişirdiyimiz şeylərdır, burada yeməyin başqa ləzzəti var."

Əfqanıstan kimi bir ölkədə `Heydərian` restoranı həm də sifarişləri evlərə və başqa yerlərə aparır. Zəhra Heydəri: "Xidmətlərimiz yalnız restoranla məhdudlaşmır. Sifariş alırıq və yemək çatdırma xidmətimiz var."

Hazırda restoranda aşpaz, ofisiantlar və ev sahibi də daxil olmaqla 8 qadın çalışır. Onların hamısı müsbət rəylərə görə çox məmnundur. Aşpaz Məsumə: ”İnsanların yeməyimizin bu qədər ləzzətli olduğunu deməsi bizi ruhlandırır.”

Şərhlərə bax

XS
SM
MD
LG