Accessibility links

Taliban ABŞ Konqresinə “açıq məktub”la müraciət edib


Talibanın xarici işlər naziri çərşənbə günü ABŞ Konqresinə yazdığı “açıq məktub”da Birləşmiş Ştatlara Əfqanıstanın Mərkəzi Bankının 9 milyard dollardan çox aktivlərini açmazsa və ölkəyə qarşı digər maliyyə sanksiyalarına son qoymazsa, bunun Əfqanıstandan kütləvi şəkildə qaçqın axınına səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.

Əmir Xan Müttəqi yazıb ki, sanksiyalar təkcə ticarət və biznesə deyil, həm də çarəsiz qalan milyonlarla əfqana edilən humanitar yardıma təsir edib. Müttəqinin Kabildəki ofisi ingilis dilində də olmaqla, məktubun bir neçə dildə nüsxələrini yayımlayıb.

Müttəqinin sözlərinə görə, hökumətinin avqust ayında hakimiyyətə qayıtmasından sonra Əfqanıstana siyasi sabitlik və təhlükəsizlik gətirə bilib, lakin artan iqtisadi problemlər humanitar problemləri daha da ağırlaşdırıb.

"Hazırda xalqımızın əsas problemi maliyyə təhlükəsizliyidir və bu narahatlığın kökləri Amerika hökuməti tərəfindən xalqımızın aktivlərinin dondurulmasıdır" - deyə, Talibanın baş diplomatı bildirib.

“Biz mövcud vəziyyət davam edərsə, Əfqanıstan hökuməti və xalqının problemlərlə üzləşəcəyindən, bunun regionda və dünyada kütləvi miqrasiyaya səbəb olacağından narahatıq” - deyə, Müttəqi əlavə edib.

Norveç Qaçqınlar Şurasının keçən həftə bildirdiyinə görə, avqust ayından bu yana 300 minə yaxın əfqan İrana qaçıb və hər gün 5000-ə qədər insan qanunsuz olaraq ölkələrə keçməkdə davam edir.

Talibanın avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra Vaşinqton və Avropa əsasən ABŞ-ın Federal Ehtiyat Sistemində olan Əfqanıstan Mərkəzi Bankının 9 milyard dollardan çox aktivlərinə Kabilin çıxışını dayandırıb.

Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanın dünyanın ən ağır humanitar böhranı astanasında olduğu, ölkə əhalisinin yarıdan çoxunun “kəskin” ərzaq qıtlığı ilə üzləşdiyi və qarşıdan gələn qış aylarında milyonlarla insanın miqrasiya və aclıq arasında seçim etməyə məcbur olacağı barədə dəfələrlə xəbərdarlıq edib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG