Accessibility links

Taliban ABŞ-la Qətərdə iki gün davam edən müzakirələrin "səmimi" keçdiyini bildirib


Əfqanıstan hökumətini idarə edən Taliban bazar günü bildirib ki, ABŞ-la Qətərdə iki gün davam edən müzakirələrin "səmimi" və "yaxşı" keçdiyini bildirib. Bu, avqustun sonunda Amerika qüvvələrinin geri çəkilməsi və İslamçı qrupun ölkənin nəzarətini ələ keçirməsindən sonra ABŞ-la üz-üzə ilk yüksək səviyyəli görüş idi.

"Görüş zamanı bütün əlaqədar mövzularda ətraflı müzakirələr aparıldı və diplomatik əlaqələrin yaxşılaşdırılması üçün səy göstəriləcək" - deyə, Taliban sözçüsü Süheyl Şahin görüşdən sonra verdiyi açıqlamasında bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bazar günü axşam saatlarında verdiyi açıqlamada Talibanla danışıqların "səmimi və peşəkar" olduğunu deyib. "Taliban yalnız sözlərinə görə deyil, atdığı addımlara görə dəyərləndiriləcək" - deyə, o əlavə edib.

Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi
Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi

Bəyanatda müzakirə olunan digər məsələlər arasında "ABŞ və digər xarici vətəndaşların, ABŞ-ın Əfqanıstandakı tərəfdaşlarının təhlükəsizliyi, terrorizm, qadın və qızların Əfqanıstan cəmiyyətinin bütün sahələrində iştirakı da daxil olmaqla, insan haqları" məsələlərinin də olduğu deyilib.

Qətərin paytaxtı Dohada iki günlük danışıqlara başçılıq edən Taliban sözçüsü Süheyl Şahin deyib ki, ABŞ vasitəçiləri açılış sessiyasında onun xaos içərisində olan ölkəsinə humanitar yardımı davam edəcəklərinə söz veriblər.

O, Taliban liderlərinin ABŞ-ın qərarını alqışladıqlarını və ehtiyac içərisində olan əfqanlara humanitar yardımın "şəffaf şəkildə" çatdırılması üçün xeyriyyə təşkilatları ilə əməkdaşlıq edəcəklərinə söz verdiklərini deyib.

BMT Əfqanıstanda təxminən 1 milyon uşağın aclıq təhlükəsi qarşısında, 18 milyondan çoxunun təcili humanitar yardıma ehtiyacı olduğunu bildirib. Təşkilat quraqlığın dərinləşməsi və yaxınlaşan sərt qışın vəziyyəti daha da ağırlaşdıracağı ilə bağlı xəbərdarlıq edib.

Taliban ölkənin nəzarətini ələ keçirəndən sonra Vaşinqton Əfqanıstanın ABŞ-ın federal ehtiyat bürosunda saxlanılan milyardlarla dollar aktivini dondurub. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da Talibanın hakimiyyəti altında insan hüquqları ilə bağlı narahatlıqlarını səbəb göstərərək, inkişaf üçün maddi yardımı dayandırıb.

Dünya Bankının bildirdiyinə görə, ABŞ-ın başçılıq etdiyi qüvvələrin və bir çox beynəlxalq donorların ölkədən çıxması Əfqanıstanı ictimai xərclərin 75 faizini maliyələşdirən qrantlardan məhrum edib. Bu isə Talibanın hökumət işçilərinin maaşlarını ödəməsini çətinləşdirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG