Accessibility links

Abdulla Abdulla müvəqqəti hökumətin təşkilinə dair müzakirələrə açıq olduğunu deyib


Talibanla sülhməramlı səylərə başçılıq edən Əfqanıstanın yüksək vəzifəli rəsmisi çərşənbə günü hər iki tərəfin çoxdan gözlədiyi sülh danışıqlarına başlandığı zaman İslamçı qrupla müvəqqəti hökumətin qurulması barədə müzakirələrə açıq olduğunu deyib.

Əfqanıstanın Milli Barışıq Şurasının rəhbəri Abdulla Abdulla təklif olunan dialoqun nadir bir fürsət olduğunu deyib və hər iki tərəfi on illərdir davam edən hərbi əməliyyatlara son qoymaq üçün güzəştə getməyə çağırıb.

ABŞ Sülh İnstitutunun təşkil etdiyi onlayn müzakirəsində Talibanın Əfqanıstan hökumətinin hər iki tərəfin rəsmilərindən ibarət müvəqqəti hökumətin qurulması təklifini qəbul edib-etməyəcəyini soruşduqda Abdulla Abdulla “gəlin danışıqlar masasına keçək. Orada danışaq" deyib.

"Fikirlərimizdə güzəştli olmalıyıq. Taliban da daxil olmaqla, Əfqanıstan xalqı üçün davamlı və qəbuledilən sülh əldə edilməsinə heç bir şey mane olmamalıdır" - deyə, o bildirib.

Onun dedikləri prezident Əşrəf Qaninin son bəyanatına ziddir. Belə ki, Qani Talibanla potensial sülh razılığı əldə edildiyi təqdirdə müvəqqəti hökumət naminə postunu tərk etməyəcəyini bildirib.

Bu ayın əvvəlində Vaşinqtonun Atlantik Şurası tərəfindən təşkil edilən seminarda Əşrəf Qani “müvəqqəti hökumət barədə müzakirələrə hələ tezdir. Mən Taliban deyil, Əfqanıstan xalqına xidmət edirəm” deyib.

XS
SM
MD
LG