Accessibility links

ABŞ qanunvericiləri Baydeni Əfqanıstan Mərkəzi Bankının ehtiyatlarını açmağa çağırıb


Bazar ertəsi əksəriyyəti Demokrat qanunvericilər olmaqla, 46 nəfərdən ibarət bir qrup ABŞ Prezidenti Co Baydenə məktub yazaraq, onu Əfqanıstanda yaxınlaşan humanitar fəlakətin qarşısını almaq üçün "vicdanla, lakin təcili" addımlar atmağa çağırıb.

Qanunvericilər Baydendən davam edən sanksiyaları tez bir zamanda yumşaltmağı və avqustun ortalarında Talibanın ölkənin nəzarətini ABŞ-ın dəstəklədiyi hökumətdən hərbi yolla ələ keçirməsindən sonra Vaşinqtonun blokladığı Əfqanıstan Mərkəzi Bankının xarici ehtiyatlarını açmağı xahiş edib.

“Biz, həmçinin hazırda hökumət funksiyalarına cavabdeh olan Taliban rəsmilərinə qarşı sanksiyaların Əfqanıstana xidmət edən maliyyə institutları və yardım təşkilatlarına təsirindən dərin narahatıq” - deyə, məktubda bildirilib.

Ağ Ev elə həmin gün dondurulmuş vəsaitlərlə bağlı əllərindən bir şey gəlmədiyini, lakin ABŞ-ın Əfqanıstandakı humanitar səyləri dəstəkləməyə davam etdiyini bildirib.

Sanksiyalar və beynəlxalq yardımın qəflətən dayandırılması son 20 ildə xarici yardımdan çox asılı olan Əfqanıstanın iqtisadiyyatını iflasa sürükləməkdə davam edir.

Böhran Əfqanıstanda illərlə davam edən müharibə, quraqlıq və ifrat yoxsulluqdan irəli gələn humanitar ehtiyacları artırıb. Birləşmiş Millətlər Təşkilatının təxminlərinə görə, 40 milyona yaxın əhalinin yarısından çoxu aclıqla üzləşir, 1 milyon uşaq isə "ciddi ərzaq çatışmazlığından" ölmək riski qarşısındadır.

“Əfqanıstanın 9,4 milyard dollar valyuta ehtiyatını ABŞ-ın müsadirəsi inflyasiyanın artmasına, kommersiya banklarının, həyati əhəmiyyətli özəl bizneslərin bağlanmasına səbəb olur, ölkəni iqtisadi və humanitar böhrana sürükləyir” - deyə, qanunvericilər yazıb.

Məktubda Əfqanıstan iqtisadiyyatının “çökməsi və humanitar tənəzzülün” regionda yeni bir qaçqın böhranına səbəb olacağı ilə bağlı xəbərdarlıq edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG