Accessibility links

Kabildə bomba partlayışı nəticəsində iki nəfər yaralanıb


Polisin bildirdiyinə görə, bazar ertəsi Əfqanıstanın paytaxtı Kabildə insanların çox olduğu prospektdə yol kənarına yerləşdirilmiş bombanın partladılması nəticəsində iki nəfər yaralanıb.

Bomba Kabilin qərbindəki Kota-i Səngi rayonunda, taksi keçərkən işə salınıb. Kabilin Mobin adlı Taliban polisinin sözçüsü iki nəfərin yaralandığını bildirib. Şahidlər birinin taksidə olan qadın, digərinin isə yoldan keçən kişi olduğunu deyib.

Bu partlayış Kabilin qərbindəki başqa bir yerdə, azı bir nəfərin öldüyü və beş nəfərin yaralandığı mikroavtobusun partladılmasından iki gün sonra baş verib. Həmkarları öldürülən şəxsin Ariana TV-nin jurnalisti Həmid Sigyani olduğunu müəyyən edib.

Cümə günü günorta namazı zamanı şərqi Nangarhar vilayətində izdihamlı məsciddə bombanın partlaması nəticəsində azı 15 nəfərin yaralandığı bildirilmişdi.

Partlayışlara görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin İslam Dövləti qrupu Əfqanıstanda zorakılıq kampaniyası aparır. Belə ki, o, Taliban döyüşçülərini, xüsusən də şiə Həzaralar olmaqla, mülki insanları hədəf alır.

İŞİD-Xorasan avqustun ortalarında Talibanın ölkəni ələ keçirməsindən sonra Əfqanıstanın bəzi bölgələrində, o cümlədən paytaxt Kabildə onlarla hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Zorakılıqlar yüzlərlə insanın, əsasən də azlıqda olan şiə icmasının üzvlərinin ölümünə və yaralanmasına səbəb olub.

Taliban terrorun qarşısını almaq məqsədilə qrupun sığınacaqlarına qarşı əməliyyatlara başlayıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG