Accessibility links

ABŞ Əfqanıstanı məhbus mübadiləsini koronavirusa görə sürətləndirməyə çağırır


Birləşmiş Ştatlar Əfqanıstanda müharibə edən tərəfləri koronavirus pandemiyası ilə əlaqədar məhbus mübadiləsini təxirə salmadan başlamağa çağırıb.

ABŞ-ın xüsusi elçisi Zalmay Khalilzad çərşənbə günü Twitter səhifəsində yazdığı bir sıra şərhində Vaşinqtonun Taliban üsyanları ilə barışıq razılığında göstərilən növbəti addımların təxirə salınmasından narahatlığını ifadə edib.

"Hər iki tərəfin bu barədə öhdəliyi olmasına baxmayaraq, bu günə qədər heç bir məhbus azad edilməyib" deyə, fevralın 29-da Qətərdə imzalanan ABŞ-Taliban razılaşmasının imzalanmasında iştirak edən Xəlilzad bildirib.

"Məhkumların sərbəst buraxılmasının vaxtı çatıb," Xəlilzad əlavə edib.

Razılığa əsasən, Əfqanıstan Prezidenti Əşrəf Qaninin 5 min Taliban məhbusunu azad etməsi müqabilində, Taliban əsasən hökumətin təhlükəsizlik qüvvələri olmaqla min məhbusu azad etməli idi. Mübadilə martın 10-da, Əfqanıstanın müharibə edən tərəfləri arasında birbaşa sülh danışıqlarına başlanmasının planlaşdırıldığı vaxt baş verməli idi.

Məhbus mübadiləsinin gecikməsində əsasən ABŞ-Taliban danışıqlarında və sülh razılaşmasının imzalanmasında iştirak etməyən Əfqanıstan hökuməti günahlandırılır.

XS
SM
MD
LG