Accessibility links

"Taliban hökumətinin tanınması və Əfqanıstanın dondurulmuş fondlarının açılması üçün aydın yol yoxdur"


Qətərin xarici işlər naziri çərşənbə günü Taliban hökumətinin tanınması məsələsinin hal-hazırda prioritet olmadığını, lakin dünya ictimaiyyətinin humanitar və iqtisadi problemlərin öhdəsindən gəlməsi üçün müharibənin viran qoyduğu Əfqanıstana yardıma hazır olduğunu deyib.

Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani Qətərin paytaxtı Dohada keçirilən beynəlxalq konfransda Talibanın Əfqanıstanda "de-fakto güc" olduğunu bildirib və deyib ki, ölkəni təcrid etmək "böyük bir səhv olardı". O deyib ki, bu, Əfqanıstan xalqını etmədiyi bir işə görə cəzalandırmaq demək olar.

"Taliban tərəfindən atılacaq addımları gözləyə və bu addımlara görə hərəkət edə bilmərik. İnanıram ki, beynəlxalq ictimaiyyətin bu addımları istiqamətləndirmək və vəziyyətlə əlaqədar aydın bir yol xəritəsi əldə etmək kimi məsuliyyəti var" - deyə, Əl-Tani Qlobal Təhlükəsizlik Forumunda bildirib.

Dünyanın 20 aparıcı iqtisadiyyatı olan G-20-nin dövlət başçıları və xarici işlər nazirləri çərşənbə axşamı İtaliyanın ev sahibliyi etdiyi video-toplantıda Əfqanıstana humanitar böhranın öhdəsindən gəlmək üçün daha çox maliyyə yollarını araşdırmaqla bağlı razılıq əldə edib.

Birləşmiş Millətlər Təşkilatı təcili tədbirlər görülmədiyi təqdirdə, müharibədən əziyyət çəkən ölkə iqtisadiyyatının humanitar fəlakətə yaxınlaşdığı barədə xəbərdarlıq edib.

"Bu ölkəni tərk etməməli, irəliyə doğru bir yol tapmalıyıq. Düşünürəm ki, bu mərhələdə tanınma haqqında danışmadan, indi irəli gedə bilərik" - deyə,Əl-Tani əlavə edib.

Talibanın siyasi ofisi Dohada yerləşir və Qətər hökuməti İslamçı qrupun ABŞ və Qərb hökumətləri ilə danışıqlarına vasitəşilik edir.

Əl-Tani Kabilin yeni hökumətinin kritik iqtisadi problemlərlə üzləşdiyini və ABŞ-ın Əfqanıstan hökumətinin 10 milyard dollarlıq vəsaitini federal ehtiyatında saxladığı üçün dondurulmanın aradan qaldırılmasının heç bir yolu olmadığını da qeyd edib.

Tani "Maliyyə sistemi tamamilə qapalıdır, dövlət qulluqçularına maaş verilmir, hökumətin aktivləri də dondurulub" deyib və bu vəsaitlərə çıxış əldə etmədən Taliban müəllimlərə, həkimlərə və əsas sosial sektor işçilərinə maaş verə bilməyəcəyini bildirib.

XS
SM
MD
LG