Accessibility links

Əfqanıstanın Talibanın nəzarətindəki bölgəsində təyyarə qəzaya uğrayıb


Bazar ertəsi günortadan sonra Əfqanıstanın Qəzni vilayətində təyyarənin Talibanın nəzarətindəki ərazidə qəzaya uğraması qəzanın səbəbi barədə məlumat toplamaq və xilasetmə işlərini çətinləşdirib. Təyyarədəki sərnişinlərin sayı və qəzadan kiminsə sağ qalıb-qalmadığı məlum deyil.

Polis rəisi Məhəmməd Xalid Vardak qəzanın Dehak bölgəsində baş verdiyini təsdiqləsə də, əlavə məlumat verə bilməyib. İlkin məlumatlara görə, təyyarənin Ariana Hava Yollarına aid olduğu bildirilmişdi. Lakin aviaşirkət bu məlumatın doğru olmadığı barədə bəyanat yayıb.

Əfqanıstnın mülki aviasiya idarəsinin rəhbəri Qasım Vafayezadate New York Times qəzetinə qəzaya uğrayan təyyarənin sərnişin təyyarəsi olmadığını deyib.

Qəzni vilayət şurasının üzvü Əbdül Cami Cami təyyarənin Sədu və İbrahimzay kəndləri yaxınlığında qəzaya uğradığını, ancaq Talibanın qəza yerində olmadığını bildirib.

Əfqanıstanın Tolo xəbər agentliyi qəzanın baş verdiyi əraziyə müntəzəm təhlükəsizlik qüvvələrinın göndərilməsi mümkün olmadığı üçün hökumətin qəza yerinə xüsusi təyinatlı qüvvələr göndərməyi planlaşdırdığını bildirib.

XS
SM
MD
LG