Accessibility links

Taliban ABŞ-la yeni danışıqları alqışlayır və problemlərin həlli üçün “praktiki addımlar” atılmasına çağırır


Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı çərşənbə günü ABŞ-ı gələn həftə Dohada keçiriləcək ikitərəfli danışıqların yeni raunduna hazırlaşarkən, həllini tapmamış məsələlərin həlli istiqamətində "praktiko addımlar" atmağa çağırıb.

ABŞ çərşənbə axşamı bildirib ki, Əfqanıstan üzrə xüsusi elçisi Tomas Vest iki həftədən sonra Qətərin paytaxtında Taliban liderləri ilə görüşəcək Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.

Talibanın yüksək səviyyəli rəsmisi Süheyl Şahin ABŞ-ın ikitərəfli görüşləri bərpa etmək qərarını "yaxşı addım" kimi qiymətləndirib.

“Biz ABŞ-la bütün məsələləri dialoq yolu ilə həll etməyə və onlarla müsbət münasibətlərə başlamağa hazırıq” - deyə, Talibanın BMT-dəki daimi nümayəndəsi Şahin Amerikanın Səsinə bildirib.

Talibanın yüksək səviyyəli rəsmisi Süheyl Şahin
Talibanın yüksək səviyyəli rəsmisi Süheyl Şahin

“Top ABŞ-ın meydançasındadır. İndi ABŞ-ın bizimlə münasibətləri normallaşdırmaq və bütün həll edilməmiş məsələləri həll etmək üçün əməli addımlar atmasının vaxtı çatıb” - deyə, Şahin bildirib.

Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonda jurnalistlərə deyib ki, xüsusi elçi Vest Talibanla milli maraqlara uyğun “həyati vacib” məsələləri müzakirə edəcək.

"Buraya ABŞ vətəndaşları və əfqanların təhlükəsiz çıxarılması da daxil olmaqla, terrorla mübarizə, eləcə də humanitar yardım və ölkənin iqtisadi vəziyyəti daxildir" - deyə, Prays bildirib.

ABŞ-Taliban danışıqları BMT-nin hesablamalarına görə, təxminən 23 milyon insanın və ya əhalinin 60 faizinin kəskin aclıqdan əziyyət çəkdiyi Əfqanıstanda artan humanitar böhran fonunda keçirilir.

Çərşənbə axşamı Amerikanın Səsinə eksklüziv müsahibəsində Vest deyib ki, humanitar böhranın ağırlaşmasının xarici yardımın itirilməsi ilə çox əlaqəsi var, belə ki, Əfqanıstan iqtisadiyyatı 20 il ərzində bundan çox asılı olub.

Talibanın avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra Vaşinqton və Avropa əsasən ABŞ-ın Federal Ehtiyat Sistemində olan Əfqanıstan Mərkəzi Bankının 9 milyard dollardan çox aktivlərinə Kabilin çıxışını dayandırıb.


Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG