Əfqanıstanın şimal-şərqində torpaq sürüşməsindən sonra yardım istəyən kəndliləri asayişə riayət etməyə çağırmağa çalışan polis havaya atəş açıb.
Rəsmilər deyib ki, ötən həftə baş vermiş faciədən zərər çəkənlərə tibbi təchizat daşıyan yük maşınlarının qarşısına qaçan insanlar arasında xəsarət alan olmayıb.
Bədəxşan vilayətinin Abi Barik kəndində leysan yağışlarından sonra dağın bir hissəsinin uçması nəticəsində yüzlərlə insan torpaq altında qalıb.
Təbii fəlakət nəticəsində təxminən 2000 insan evindən didərgin düşüb.
Rəsmilər ucqar Arqo rayonuna tibbi yardımın çatdırılmasına çalışır. Vəziyyətin gərgin olduğu bir vaxt şahidlər yaxınlıqdakı kəndlərin sakinlərinin fəlakətin baş vermiş bölgəyə ərzaq və digər yardımlar çatdırdıqlarını deyib.