Accessibility links

Əfqanıstanda bomba hücumları və Talibanın reydləri 22 əfqanın ölümü ilə nəticələnib


Əfqanıstan rəsmiləri şənbə günü bildirib ki, maşın bombası, yol kənarına yerləşdirilən bomba və qiyamçıların reydləri azı 22 nəfərin ölümünə səbəb olub. Nəticədə 70-ə yaxın insan yaralanıb. Onların çox mülki vətəndaşlardır.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian şənbə günü deyib ki, maşın bombası hücumu İranla sərhəddə yerləşən Herat vilayətindəki polis idarəsini hədəf alıb.

Arian bildirib ki, partlayış yaxınlıqdakı yaşayış ərazisində azı 14 evə ziyan vurub. Yerli rəsmilər deyir ki, təxminən 60 nəfər, o cümlədən 20 qadın və 12 uşaq yaralanıb. Heratdakı xəstəxanalardan gələn məlumata görə, yaralananlardan azı beş nəfərin vəziyyəti kritikdir.

Hücuma görə dərhal məsuliyyəti üzərinə ala olmayıb. Taliban qiyamçı qrupunun sözçüsü bomba hücumu ilə əlaqəsinin olmadığını deyib.

Lakin Əfqanıstan Prezidenti Əşrəf Qani Talibanı günahlandırıb və deyib ki, qiyamçılar “qanunsuz müharibələrini və insanlara qarşı zorakılıqlarını davam etdirirlər” və bir daha münaqişənin sülh yolu ilə həll etməyə “niyyətlərinin olmadığını göstəriblər.”

Bundan əlavə şənbə günü səhər saatlarında cənubi Uruzqan vilayətinin paytaxtı Tarinkotda yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində üç mlüki vətəndaş ölüb, dörd nəfər yaralanıb.

Həmin hücumu məsuliyyətini də üzərinə alan olmayıb.

Bu arada isə Taliban qiyamçıları Künduz və Bəlx vilayətlərində səhər tezdən reydlər həyata keçiriblər və nəticədə Əfqanıstan Milli Ordusunun 1 əsgərini öldürüb, altı nəfəri yaralayıblar.

Hücumçular həmçiin Künduzda toqquşma zamanı beş əfqan əsgərini ələ keçiriblər. Bu barədə Amerikanın Səsinə adının anonim qalmasını istəyən yerli təhlükəsizlik rəsmisi xəbər verib.

Taliban sözçüsü qiyamçıların hər iki hücumu həyata keçirdikərini təsdiqləyib.

Əfqanıstanda son aylarda zorakılıqların sayı artıb. Buna vətəndaş cəmiyyəti fəalları, jurnalistlər və hökumət rəsmilərinin hədəfli şəkildə öldürülməsi daxildir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG