Accessibility links

Əfqanıstanda hücumlar


Əfqanıstanın qərbi Fərəh vilayətində yol kənarına yerləşdirilmiş bomba avtobusa dəyib, azı 11 sərnişin həlak olub, 40 nəfər yaralanıb.

Vilayət valisinin sözçüsü Naser Mehdi deyib ki, partlayış avtobus Bala Baluk regionundan keçərkən baş verib.

Avtobus Herat vilayətindən paytaxt Kabilə istiqamət almışdı.

Partlayışın məsuliyyətini üzərinə götürən olmasa da, polis sözçüsü buna görə vilayətdə kök salmış Taliban qruplaşmasını günahlandırıb.

Ölənlər arasında qadın və uşaqlar da var.

Əfqanıstan rəsmiləri bu gün daha bir hücum nəticəsində 15 adamın öldürüldüyünü bildirib.

Hücum Cəlalabad şəhərinin qaçqın məsələri üzrə nazirlik binası qarşısında törədilib.

Vilayət hökumətinin sözçüsü Attahullah Xoqyani Amerikanın Səsinə bildirib ki, intiharçı binanın girişində özünü partladaraq, yaraqlılara binaya girməyə yardım edib. Atışma bir saat davam edib.

Taliban hücumun məsuliyytini daşımadığını bildirir.

Təkcə ötən il Əfqanıstanda 3 min 400-dən artıq dinc sakin öldürülüb, 7 min nəfər xəsarət alıb. Bunu BMT-nin Əfqanıstana Yardım Missiyası hesablayıb.

XS
SM
MD
LG