Pentaqon ötən həftə Əfqanıstanda bomba partlayışı zamanı yaralanan 4-cü ABŞ əsgərinin vəfat etdiyini bildirib.
Serjant Ceyson Mitçell Makklari bazar günü Almaniyadakı hərbi xəstəxanada dünyasını dəyişib. 24 yaşlı çavuş Pennsilvaniya ştatının Eksport şəhərindən idi.
Digər 3 həbçi ötən çərşənbə axşamı günü Qəznidəki partlayışda həyatını itirmiş, 2 əsgər isə bədən xəsarəti almışdı.
Bu, cari ildə ABŞ əsgərləri üçün ən ağır hücum hesab edilir.