Accessibility links

Əfqanıstanlı qadın hərbi qulluqçular təhlükəsizlikləri və gələcəklərindən narahatdırlar


Əfqanıstanlı qadın hərbi qulluqçular təhlükəsizlikləri və gələcəklərindən narahatdırlar
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Əfqanıstanlı qadın hərbi qulluqçular təhlükəsizlikləri və gələcəklərindən narahatdırlar

Məzari Amani Əfqanıstan ordusunda xidmət edən az sayda qadın generallardan biridir. Avqustun 15-də Taliban Kabilə daxil olduğu zaman o da ölkəsini tərk etmək məcburiyyətində qalıb. Amani hazırda Fransadadır. Və hələ də Əfqanıstanda qalan qadın həmkarlarının təhlükəsizliyindən narahat olduğunu deyir. Bu qadınların bir çoxu silahlı qruplaşmanın ölkəyə nəzarəti ələ keçirməsindən sonra həyatlarının təhlükədə olduğundan qorxduqlarını bildirir.

Məzari Amani bildirir ki,"Mənimlə əlaqə quran qadınlardan bəziləri Talibanın onları axtardıqlarını, gecə evlərinə basqınlar etdiklərini və biometrik məlumatlarını ələ keçirdiklərini deyirlər. Onlar hazırda evlərində olmadıqlarını deyir və nə vaxta qədər başqalarının evlərində gizlənəcəklərini bilmirlər".

Amani hər gün qadın həmkarlarından onlarla zəng aldığını bildirir: "Onlara kömək etməyimi, həyatlarının təhlükədə olduğunu dünyaya çatdırmağımı istəyirlər."

Talibanın qadınların evlərindən kənarda işləmələrinə icazə verəcəyinə dair söz verməsinə baxmayaraq, qadın hərbçilər beynəlxalq ictimaiyyətin silahlı qrupa təzyiq göstərməsini istəyir.

Əfqanıstanlı hərbi zabiti Cena Frotan isə bildirir ki, "Mənim beynəlxalq ictimaiyyətdən və ABŞ-dan tələbim, vədlərinə əməl etmələri üçün Talibandan zəmanət almalarıdır."

Lakin bəzi qadınlar Talibanın, ələlxüsus da hərbi forma geyinən ​qadınlarla bağlı mövqeyini dəyişəcəyinə inanmırlar.

Əfqanıstanın hərbi polkovniki Şərifi isə Talibanın verdiyi sözlərə əməl edəcəklərinə şübhə ilə yanaşır, "Talibanın qadınlara qarşı mövqeyi odur ki, onlar xüsusən də hərbçi qadınlar da daxil olmaqla, qadınların hər hansı səviyyədə işlərdə iştirakını qəbul etmir. Talibanın bununla bağlı nə təklif edəcəyini düşünürsünüz?"

Əfqanıstan hökuməti dağılmazdan əvvəl minlərlə qadın təhlükəsizlik sektorunda xidmət edirdi. Əksər qadın hüquqları müdafiəçiləri, Əfqanıstanda son iyirmi ildə qadınların eldə etdikləri irəliləyişlərin Talibanın yenidən iqtidara gəlməsi ilə risk altında qalmasından narahatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG