Accessibility links

Əfv komissiyası 60 müraciətə baxıb


Fevralın 11-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası olub.

Komissiyanın üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib ki, bu gün komissiyanın iclasında 60 müraciətə baxılıb.

“Bu komissiyanın ikinci iclası idi. Komissiyanın ötən həftə keçirilən birinici iclasında 100 müraciətə baxılıb,” o qeyd edib.

Nuriyevin sözlərinə görə, komissiyanın iclasları davam etdiriləcək.

“Komissiyaya məhkumlar, onların vəkilləri, qohumları tərəfindən yüzlələrlə müraciətlər daxil olub,” Nuriyev bildirib.

Əfv komissiyası bütün müraciətlərə baxıb rəy verdikdən sonra müraciətlər əfv üçün ölkə prezidentinə təqdim edilir. Kimlərin əfv ediləcəyi isə prezidentin səlahiyyətinə aiddir.

Bundan öncə, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG