Accessibility links

Ələsgər Məmmədli: Bu, qurumun real sahibinin qərarıdır


Ekspert qeyd edir ki, media qurumunun fəaliyyətinin dayandırmasının səbəbini birmənalı anlamaq olmur

"APA-ya giriş bloklanmayıb, bəzi saytlardan fərqli olaraq, agentliyin fəaliyyəti dayandırılıb". Bu fikri "Azadlıq radiosu"na media üzrə ekspert Ələsgər Məmmədli avqustun 1-dən etibarən agentliyin internet resurslarına girişin mümkün olmaması ilə bağlı bildirib.

Ekspert qeyd edir ki, hələlik rəsmi açıqlama olmadığı üçün media qurumunun fəaliyyətinin dayandırmasının səbəbini birmənalı anlamaq olmur: "Amma yayılan, elə agentliyin özünün istər prezidentdən, istərsə də oxuculardan üzrxahlıq istəməsi bunun yanlışla bağlı olduğunu deməyə əsas verir. Amma hətta belə olubsa da, bir media qurumunun fəaliyyətini dayandırmasına səbəb ola bilməz".

Ekspert bildirib ki, belə halda "KİV haqqında" Qanunun uyğun maddəsinə əsasən, səhvə yol verən tərəf haqq sahibindən və oxuculardan üzr istəyirsə, bu iş elə üzrlə də bitir və hüquqi müstəvidə həllini tapmış olur.

Ələsgər Məmmədli xatırladıb ki, bu cür halın baş verməsi Azərbaycanda ilk dəfə deyil, ANS telekanalına, "Zerkalo" qəzetinə qarşı oxşar kənar inzibati müdaxilələr olub: "İndiki halda belə bir sual meydana çıxır ki, bu qərar kollektivin, yoxsa media qurumunun real sahibinin qərarıdır. Çünki agentlik rəhbəri 200-ə qədər əməkdaşı olan bir qurumu fəaliyyətdən sala bilməz, bu, ictimai məsuliyyət yaradır. Fikrimcə, bu, qurumun real sahibinin qərarıdır".

Ələsgər Məmmədliyə görə, müdaxilə halları ona görə baş verir ki, belə qurumların maddi mənbələri şəffaf deyil, iqtisadi dayanıqlığı yoxdur, ayrı-ayrı məmurlardan asılı durumdadır.

Ekspert yaranmış durumu həm də ölkədə media azadlığının olmamasın;n göstəricisi kimi dəyərləndirir.

Avqustun 1-də dövlət başçısı İlham Əliyev Qaradağ rayonunda müharibə veteranlarına, Çernobıl əlillərinə ev və maşınlar hədiyyə edib. Burada çıxış edib. APA-nın dövlət başçısının çıxışının Ermənistanla bağlı hissəsində yanlışlığa yol verilib. Redaksiya buna görə prezidentdən və oxuculardan üzr istəyib, amma bununla belə agentliyin fəaliyyəti dayandırılıb, agentliyin saytlarına giriş mümkün deyil.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG