Əl-Qaidə terror qruplaşmasının Ərəbistan yarımadasındakı qolu dekabr ayında ABŞ-ın Floridadakı Pensakola hərbi bazasında baş vermiş ölümcül silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb, lakin heç bir dəlil təqdim etməyib.
Qrup bir aviasiya tələbəsinin sinif otağında 3 nəfəri öldürdüyü və zərərsizəlşdirilməmişdən əvvəl 2 polis əməkdaşı, əlavə olaraq səkkiz nəfərin yaralanması ilə nəticələnən hücumla bağlı səs yazısı yayımlayıb.
"Müsəlman millətimizi təbrik edirik və şəhid qəhrəmanı, cəsarətli cəngavər Məhəmməd bin Səid əl-Şamraninin əməliyyatına alqışlayırıq", səs yazısında bildirilir.
Reuters xəbər agentliyi səs yazısının həqiqiliyini təsdiqləyə bilməyib.
Rəsmi məlumatlar və analizlərlə tanış olan mənbə ABŞ hökumətinin Ərəbistan yarımadasında Əl-Qaidə qrupunun Floridada atəş açan Səudiyyə Ərəbistanı vətəndaşının onlar və ya onların adından hərəkət etdiyinə dair iddiasına inanamadığını söyləyib.
Mənbə həmçinin əlavə edib ki, Əl-Qaidə ola bilsin bu iddianı bu günlər dron hücumu nəticəsində liderinin öldürüldüyünə dair xəbərlərə cavab məqsədi ilə ortaya atıb.
Yəməndən verilən məlumatlarda Ərəbistan yarımadasında Əl-Qaidə qrupunun lideri Qassim əl-Rayminin Məribdə dron hücumu nəticəsində öldürüldüyü bildirilir.
Reuters xəbər agentliyi bu məlumatı təsdiq edə bilməyib.
Yəmən hökumətinin bir rəsmisi Reuters agentliyinə Məribdə dron hücumu olduğunu, lakin öldürülənin Raymi olmadığını bildirib.