Dövlət mediasının bildirdiyinə görə, Əlcəzairin Əl-Ueyd vilayətindəki xəstəxanada çərşənbə axşamı səhər tezdən baş verən yanğın zamanı 8 körpə ölüb.
Məlumatda ölkənin cənubunda, paytaxtdan 633 km. məsafədəki vilayət xəsrtəxanasındakı yanğının naqil qapanması səbəbindən baş verdiyi deyilib.
Dövlət xəbər agentliyi körpələrdən üçünün ağır yanıqlar, digər beşinin isə tüstüdən boğulma səbəbindən öldüyünü bildirib.
11 körpə, 37 qadın və 25 xəstəxana işçisi daxil olmaqla, 70-dən çox insan xilas edilib.
Dövlət televiziyasının verdiyi məlumata görə, ölkənin səhiyyə naziri Məhəmməd Buraoyi yanğınla əlaqədar xəstəxananın menecerini və Tunislə sərhəddə yerləşən Əl-Ueyd vilayətinin səhiyyə üzrə direktorunu işdən kənarlaşdırıb.
Əlcəzairdə xüsusilə də paytaxtdan kənar bölgələrdə dövlət xidmətlərinin keyfiyyəti ilə bağlı çox vaxt ciddi narazılıqlar mövcuddur.