Accessibility links

Əlcəzairdə pusqu zamanı 14 əsgər öldürülüb



Əlcəzairdə islamçı döyüşçülər tərəfindən keçirildiyi ehtimal edilən hücumu zamanı 14 əsgərin öldürüldüyü bildirilir.

Əlcəzair dövlət xəbər agentlyinin verdiyi məlumata görə, cümə axşamı keçirilmiş prezident seçkisində təhlükəsizliyin qorunması ilə əlaqədar xidməti vəzifədən qayıdan əsgərlər dağlıq Tizi-Ouzou regionunda pusquya düşüb.

Prezident Əbdüləziz Buteflika sağlıq durumunun zəif olmasına baxmayaraq, dördüncü müddətə ölkə prezident seçilib.

Röyters xəbər agentliyi təhlükəsizlik xidmətinin adının açıqlanmadığı üzvünə istinadən hücumçuların Əl-Qaidənin Afrikada fəaliyyət göstərən qrupu ilə bağlı olduğu haqda məlumat verib.

Əlcəzair hökuməti 1990-cı illərdə islamçı döyüşçülərə qarşı mübarizə aparıb. Ölkədə islamçı döyüşçülərin ara-sıra hücumlar həyata keçirdiyi müşahidə edilir. Keçən il Əl-Qaidə ilə əlaqəsi olan qrupun Amenas təbii qaz yatağında hücumu zamanı obyektdə çalışan 40 xarici işçi qətlə yetirilmişdi.
XS
SM
MD
LG