Accessibility links

Ərdoğan böyük şəhərlərdə çətin mübarizə ilə üzləşir


Rəcəb Tayyib Ərdoğan. 31 mart 2019.

Türkiyədə ölkə boyu bələdiyyə seçkiləri keçirilir. Bu səsvermənin prezident Rəcəb Tayyib Ərdoğanın üzləşdiyi ən çətin seçki olacağı gözlənilir.

İqtisadiyyatın tənəzzül etdiyi, infalsiyanın artdığı bir vaxt, seçicilərin əsas prioriteti iqtisadi narahatlıqlardır.

“İqtisadiyyatımız hakimiyyətin pis idarəçiliyi səbəbilə pisləşir. Dostlarımın çoxu iş axtarır, bəziləri də iqtisadi böhrana görə işlərini itirib”, - deyə, İstanbulda səs vermədən öncə mühəndis Erdem bildirib.

İstanbul Türkiyənin ən böyük şəhəri və ölkənin maliyyə paytaxtıdır. Rəy sorğularının nəticələrinə əsasən, orada səsvermə nəticələri bir-birinə çox yaxın olacaq. Ərdoğanın AK Partiyası 15 ildən çoxdur şəhərə nəzarət edir.

Osmanlı dövrünə aid Sultan Əhməd məscidi və altıncı əsrə aid Aya Sofya. 1 iyun 2007.
Osmanlı dövrünə aid Sultan Əhməd məscidi və altıncı əsrə aid Aya Sofya. 1 iyun 2007.

“Mənim gözləntim odur ki, bu seçkidən sonra işlər yaxşılığa doğru gedəcək, biz böyük fərqlə qalib gələcəyik”, İstanbulda AKP tərədarı Sinan söyləyib.

Ərdoğan özü seçkidə iştirak etməsə də, bələdiyyə seçkisi kampniyasını özü şəxsən idarə edir. O, İstanbula nəzarəti itirmək qorxusu ilə son bir neçə gün ərzində partiyasına dəstək toplamaq məqsədilə şəhər boyu onlarla mitinq keçirib.

Gündəmi dəyişmək

Ərdoğan seçki kampaniyası boyu gündəmi iqtisadi problemlərdən uzaqlaşdıraraq, diqqəti təhlükəsizlik narahatlıqlarına və kürd separatçılarının yaratdığı təhlükə, eləcə də dini məsələlərə yönəldib.

Ərdoğan mitinqlərində dəfələrlə Yeni Zelandiyada məscidlərdə baş verən hücumun videolarını yayımlayıb. Türkiyə prezidenti özünü dünya boyu müsəlmanların müdafiəçisi kimi göstərməyi sevir. Təhlilçilər isə bunun onun dindar və millətçi tərəfdarları tərəfindən müsbət qarşılandığını bildirir.

Ərdoğan həmçinin bazar günü keçirilən seçkidən bir neçə gün öncə tərəfdarlarını hədəf alaraq İstanbulda bir zamanlar xristian aləminin ən önəmli kilsələrindən biri olan Aya Saofya muzeyini məscidə çevirəcəyinə söz verib.

Lakin təhlilçilər deyir ki, Ərdoğan gündəmi iqtisadiyyatdan uzaqlaşdırmaqda çətinlik çəkib. Türkiyədə ərzaqların qiyməti artıq 30 faizdən çox artıb. “Türkiyədə növbəti bələdiyyə seçkilərində əsas gündəmdə iqtisadiyyatdır” – deyə, İstanbulda yerləşən Marmara Universitetinin professoru Barış Dönər bildirib.

Artan qiymətlər səbəbilə ictimai qəzəbi aradan qaldırmaq məqsədilə bələdiyyə seçkilərindən öncə Ankara, İstanbul və digər böyük şəhərlərdə satılan ərzaq qiymətləri dövlət tərəfindən subsidiyalaşdırılıb. Lakin təhlilçilər deyir ki, ərzaq üçün növbəyə duran insanlar müxalifətin ölkənin böhranda olduğuna dair iddialarını təsdiqləyib.

Kürdlərin səsi

HDP Türkiyənin əsasən kürdlərdən ibarət regionunda qalib gəlmək istəyir. Həmin regiondakı şəhərlərin merləri hökümət tərəfidnən vəzifələrindən çıxarılıb və kürd qiyamçıları dəstəkləməkdə ittiham olunaraq həbs olunub.

Lakin təhlilçilər deyir ki, HDP seçiciləri Türkiyənin qərbindəki şəhərlərdə həlledici tol oynaya bilər. Orada seçki nəticələrinin çox yaxın olacağı gözlənilir. Bu şəhərlərdən biri İstanbulur ki, orada HDP geniş tərəfdar kütləsinə sahibdir.

Şənbə günü HDP-nin onlarla yerli rəsmisi İstanbulda keçirilən reydlər zamanı həbs olunub.

Diqqət İstanbulda seçkilərin nəticələrinə yönəlib. Ərdoğanın vətəni Rize şəhəri onun əsas seçici bazası olaraq qalır.

XS
SM
MD
LG