Accessibility links

Ərdoğan İstanbulda binanın çökməsi nəticəsinə ölənlərin dəfn mərasimində iştirak edib


İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölən bir ailənin doqquz üzvünün şənbə günü keçirilən dəfn mərasimində yüzlərlə insanla yanaşı Türkiyə prezidenti də iştirak edib. Həmin hadisə nəticəsində ölənlərin sayı 17-ə çatıb.

Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər Alemdar ailəsinin dəfn mərasimində iştirak edib. Alemdar ailəsinin,iki uşaq daxil olmaqla digər beş üzvü hələ də xəstəxanadadır.

Rəcəb Tayyip Ərdoğan
Rəcəb Tayyip Ərdoğan

Çərşənbə günü çökən bina ilə bağlı istintaq davam edir, lakin rəsmilər şəhərin Kartar rayonundakı səkkiz mərtəbəli binanın ən üst üç mərtəbəsinin qeyri-qanuni olaraq tikildiyini söyləyib.

“Biz bu ərazidə daha çox pul qazanmağa çalışan qanunsuz bizneslərlə bağlı çox sayda ciddi problemlərlə üzləşmişik” – Ərdoğan xəstəxananın önündə müxbirlərə deyib.

On üç nəfər hələ də müalicə olunur, onların yeddisinin vəziyyəti kritikdir.

Biz bu ərazidə daha çox pul qazanmağa çalışan qanunsuz bizneslərlə bağlı çox sayda ciddi problemlərlə üzləşmişik
Rəcəb Tayyip Ərdoğan

Ərdoğan deyib ki, “hələ öyrəniləsi çox dərs var” və müstəntiqlər işlərini bitirəndən sonra hökümət“qətiyyətli bir şəkildə addımlar” atacaq. Bundan əvvəl səhiyyə naziri Fahrettin Koca ölənlərin sayının 17-ə çatdığını söyləyib.

Bina sakinlərinin dostları və qohumları dağıntının baş verdiyi yerdə toplaşaraq sevdikləri insanlarla bağlı məlumat almağı gözləyib. Orada xilasedicilər xüsusi itlərlə birlikdə günün 24 saatı mümkün sağ qalanları axtarır.

Rəsmilər hələ neçə nəfərin itkin düşdüyünü açıqlamayıb. Binanın 14 mənzili və qeydiyyatdan keçmiş 43 sakini olub.

XS
SM
MD
LG