Accessibility links

Ərdoğan Maduronu dəstəkləyir


Rəcəb Tayyib Ərdoğan və Nikolas Maduro
Rəcəb Tayyib Ərdoğan və Nikolas Maduro

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı həmkarı Nikolas Maduroya ölkədə yaşanan siyasi böhran ölkədaxili və xaricdən gələn istefa çağırışlarına qarşı möhkəm dayanmağa çağırıb.

Maduronun əleyhdarları onu demokratiyaya xələl gətirməkdə günahlandırır. Onun hakimiyyəti altında inflasiya artıb, iqtsidadiyyat çöküb, əsas ehtiyac dayılan malların çatışmazlığı yaranıb.

Ərdoğan cümə axşamı bildirib ki, ABŞ prezidenti Donald Trampın Venesuelanın müxalifət lideri Xuan Quaydonu müvəqqəti prezident kimi tanımaq qərarı onu şoka salıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Venesuela prezidenti Nikolas Maduro
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Venesuela prezidenti Nikolas Maduro

ABŞ-ın bu açıqlamasından sonra Maduro çərşənbə günü Birləşmiş Ştatlarla diplomatik əlaqələri kəsdiyini bildirib və ABŞ diplomatlarının ölkəni 72 saat ərzində ölkədən çıxmalarını tələb edib. ABŞ dövlət katibi Mayk Pompeonun Maduronun bunu etməyə artıq səlahiyyətinin olmadığını söyləyib.

Ərdoğan deyir ki “əgər Maduro inandığı yolda irəliləməyə davam etsə, qalib gələcək”.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın cümə axşamı Twitterdə yazıb ki, Ərdoğan Maduro ilə telefon danışığı zamanı ona “Maduro, qardaş, möhkəm dayan. Türkiyə səninlədir” deyib.

“Mən Rusiya, Çin, Türkiyə və digər hökümət və xalqları Venesuelanın legitim şəkildə yaranan hökümətinə dəstəklərinə görə təşəkkür edirəm. Venesuela tək deyil!” – Maduro tvit edib.

Dini baxımdan mühafizəkar Ərdoğan ilə solçu Maduronun siyasi spektrin əks tərəflərində yer almalarına baxmayaraq, iki lider yaxın münasibt qurub.

Maduro tez-tez Türkiyəyə səfər edir. O, Türkiyə prezidentinin inaqurasiyasında iştirak edib, Ərdoğan isə ötəl il Venesuelanı ziyarət edib. Maduronun İstanbulun tanınmış restoranında çəkilmiş videoları internatedə yayılandan sonra, o çox sayda qınaqlara məruz qalıb. Belə ki, bir çox venesuelalı ərzaq çatışmazlığı səbəbilə kifayət qədər yemək tapmır.

İstanbul
İstanbul

Türkiyənin Selçuk Universitetindən Esra Akgemcinin sözlərinə görə, Ərdoğanın dəstəyi Maduro üçün zəruridir.

“Aydındır ki, Maduro Türkiyə strateji alyans olaraq görür və daha dərin əlaqələr qrumaq istəyir” – deyə, o bildirib.

Karakasa səfəri zamanı Ərdoğan Türkiyə şirkətlərinin Venesuelaya 4.5 miyard dollardan çox sərmaye qoyacaqlarını vəd edib. İki ölkə arasında Türkiyənin tonlarla Venesuela qızılını emal etməsinə dair razılıq mövcuddur. Bu addım ABŞ sanksiyalarından yayınmaq cəhdi kimi qiymətləndirilir. Türkiyə Hava Yolları hər gün Karakasa uçuşlarını davam erdirir, lakin bir çox digər beynəlxalq hava yolları şirkətləri Venesuelaya uçuşları dayandırıb.

Türkiyə mediası da Maduronu dəstələyir və Vaşinqtonu demokratik yolla seçilmiş prezidenti devirmək istəməkdə günahlandırır.

Trump bu ay Ankara ABŞ-ın Suriyada dəstəklədiyi kürd üsyançılarına hücum etdiyi təqdirdə Türkiyə iqtisadiyyatını “viran edəcəyini” deməsindən sonra Türkiyə mediası Türkiyə ilə Venesuela arasındakı oxşarlıqları vurğulayıb.

Türkiyənin dərindən qütbləşmiş cəmiyyətində də Maduroya dəstəklə bağlı çox az görülən konsensus mövcuddur.

“BizMaduroyuq” haştaqı Türkiyədə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bir çox türk Mduroya dəstək məqsədilə şəkil və şərhlər yerləşdirir. Maduronun qədim Türkiyə bayrağını tutduğu şəkildə internetdə çox sayda insan tərəfindən paylaşılıb.

Ərdoğanın Maduroya dəstəyinin davam edəcəyi gözlənilir. Təhlilçilər deyir ki, “Amerika imperializmi” məsələsi Türkiyədə çox diqqət cəlb edir, mart ayında isə mühüm yerli seçkilər keçiriləcək.

XS
SM
MD
LG