Accessibility links

Ərdoğan Türkiyənin koronavirusa qarşı mübarizədə gerilədiyini deyir


Rəcəb Tayyib Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü Türkiyənin koronavirusla mübarizədə gerilədiyini, lakin gigiyena, maskalar və sosial məsafə qaydalarının insanları qoruyacağını və iqtisadiyyatın ilin ikinci sonunda canlanmağına yardım edəcəyini deyib.

Ankarada bu həftə restoran və kafelər açılıb, evdə qalmaqla bağlı qərarlar və şəhərlərarası səfərlərə tətbiq olunan qadağalar aradan qaldırılıb. Lakin iyunun 1-dən bəri COVID-19-a yoluxma halları demək olar iki qat artıb və hər gün təxminən 1600 yeni yoluxma halı qeydə alınır.

“Son günlərdəki göstəricilər bizim epidemiyaya qarşı mübarizədə mövqeyimizi itirmişik,” Ərdoğan televiziya çıxışı zamanı söyləyib. “Lakin bizim məqsədimiz təmizlik, maska və məsafə qaydalarına əməl edərək pandemiyanı gündəmimizdən çıxarmaqdır.”

Türklər küçələrə, parklara, alış-veriş mərkəzlərinə və istirahət məkanlarına axışdığı üçün cümə axşamı böyük şəhərlərdə maska taxmaq məcburriyəti tətbiq olunub. Cümə günü 1200 yeni yoluxma halı qeydə alınıb və bununla ümumi yoluxmalar 185 minə çatıb.

Bundan əlavə şənbə günü bir neçə saatlıq ümumi bağlama tədbiri görülüb ki, şagirdlər məktəbi bitirib atestat almaq üçün imtahanlarda iştirak edə bilsinlər. Bəzi türklər sosial mediada məktəblərin ətrafında izdihamların olduğunu göstərən şəkilləri paylaşaraq, imtahanı keçirmək qərarını tənqid edib.

“Bu şəkillərə baxın və utanın,” bir Twitter istifadəçisi yazıb.

Türkiyənin ali tibbi assosiasiyası bir həftə öncə məhdudiyyətləri vaxtından əavvəl yumşaltmaq qərarını tənqid edib.

Səhiyyə və hökümət rəsmiləri Reuters-ə bildirib ki, sosial məsafə ilə bağlı daha sərt qaydalar tətbiq oluna bilər, lakin iqtisadiyyatla bağlı heç bir plan tərtib olunmayıb.

XS
SM
MD
LG