Accessibility links

Ərdoğan və Putin görüş keçirib


Moskvada türkiyəli həmkarı Receb Tayyib Ərdoğanla danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putin deyib ki, iki lider Suriyanın şimal-qərbindəki İdlib qəzasında vəziyyətin stabilləşdirilməsi planının necə həyata keçiriləcəyini müzakirə edib.

Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Putin deyib ki, İdlibdəki “terrorçu qrupların hərəkətlərini ləğv etmək üçün” daha çox iş görülməsi tələb olunur.

Bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi bu region barədə “ciddi narahatlığın qaldığını” bəyan etmişdi. Nazirlik bildirirdi ki, bu əraziyə 2016-cı ilədək Əl-Qaidəyə bağlı olan ən-Nüsrə Cəbhəsi təşkilatı tam nəzarət edib.

Rusiya və Türkiyə 2011-ci ildə etirazçılara hökumət tərəfindən divan tutulmasının ardınca başlanmış Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyir.

Bu müharibədə 400 mindən artıq insan həyatını itirib. Rusiya Suriya prezidenti Bəşar Əl-Əsədə həlledici diplomatik və hərbi dəstək göstərir. Türkiyə isə Əsəd hökumətinə qarı çıxan qiyamçıları dəstəkləyir.

XS
SM
MD
LG