Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Afrikaya iqtisadi və demokratik məsələlərlə bağlı 10 günlük səfəri çərçivəsində bu gün Seneqala yola düşür. ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, xanım Klinton çərşənbə günü Seneqalın yeni prezidenti Makki Salla görüşəcək və bu ölkədə demokratik təsisatların möhkəmlənməsi ilə bağlı çıxış edəcək.
ABŞ dövlət katibinin eləcə də keçən il Sudandan ayrılan yeni dövlət Cənubi Sudana səfər edəcək. Xanım Klintonun bu ölkəyə səfəri BMT Təhlükəsizlik Şurasının iki ölkə arasında vətəndaşlıq, sərhəd və neftlə bağlı mübahisələrinə son qoymağa çalışdığı vaxta təsadüf edir.