Accessibility links

Çinin əmək düşərgələrində islahatlar başlanacaq


Bazar ertəsi Çin dövlət xəbər agentliyinin yaydığı məlumatda deyilir ki, Çin bu il icbari əmək düşərgələrindəki qalmaqallı idarəetmə sistemində islahatlar aparacaq. Bu, Kommunist partiyasının yeni rəhbəri Şi Cinpinqin hüquqi islahatlara yönəlik ilk addımı olacaq.

1957-ci ildən Çində qüvvədə olan “əmək vasitəsi ilə maarifləndirmə” sistemi polisə məhkəmə olmadan xırda cinayət törətmiş şəxsləri dörd ilədək həbsdə saxlamaq səlahiyyəti verir. Tənqidçilər bunun qanun aliliyinə zidd olduğunu deyərək, sistemdən siyasi fəalların əleyhinə istifadə olunduğunu bildirir.

Bundan öncə başqa xəbər agentliklərinin yaydığı məlumatda daxili təhlükəsizlik idarəsinin rəhbəri Meng Çianzu bildirmişdi ki, sistem tamamilə ləğv oluna bilər. Bu xəbər daha sonra internet saytından açıqlama verilmədən yığışdırılıb.

“Bazar ertəsi keçirilən milli siyasi və hüquqi iş konfransından verilən məlumata görə Çin höküməti bu il ixtilaflı əməkli maarfiləndirmə sistemində islahatlara təkan verəcək,” deyə Şinhua xəbər agentliyi bildirir.

Dövlət televizyası CCTV öz mikrobloq internet saytında yeni təyin olunmuş Siyasi və Hüquqi əlaqələr komitəsinin başçısı cənab Mengə istinadən yazır : “Milli Xalq Konqresinin rəyasət heyəti təsdiq edərsə, əməkli maarifləndirməyə bu il son qoyulacaq”.

Milli Xalq Konqresinin illik sessiyası qaydası üzrə mart ayında keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG