Fransa silahlı qüvvələri islamçı militantların son əsas stratejik istehkamı sayılan Kidal hava limanını ələ keçirib. İslamçı militantlar Malinin şımalina keçən ildən bəri nəzarət edirlər.
Fransa hərbi sözçüsünün dediyinə görə qüvvələr hava limanını gecə ələ keçirib. Kidal bölgə məclisinin başçısı Həmini Mayqa deyib ki, qüvvələr təyyarə və helikopterdən endikdən sonra heç bir müqavimətlə qarşılaşmayıblar.
Dünyəvi Tuareq üsyançı qrupu MNLA həftənin əvvəlində bildirib ki, onun döyüşçüləri İslamçı qrup Ənsar Dinin nəzarətində olan Kidal ərazisini zəbt ediblər.
Qəsəbə ilə peyk telefonla əlaqə quran cənab Mayqa deyib ki, MNLA qəsəbə civarındadır və Ənsar Din döyüşçüləri ətraf kəndlərə qaçıblar.
Timbuktu şəhərindəki qədim əlyazmalara zərər dəymədiyi xəbər verilir.
Şəhərin meri bildirir ki, İslamçılar qəsəbədən qaçarkən əsas əlyazmalar kitabxanası Əhməd Baba institunu yandırıblar.
Hərçənd ki, Cənub Afrikada yerləşən Keyp Taun unversitetindən əlyazmalar üzrə mütəxəssis Şamil Ceppi deyib ki, İslamçıların 10 aylıq idarə müddətində kitab və kağızların çoxu yerli camaat tərəfindən gizlədilmişdi.
Amerkanın Səsinə göndərilən sənədə istinadən Cənab Ceppi bildirir ki, Timbuktu kitabxanasının gözətçiləri üsyançıların işğalı müddətində təmkinlə işləyərək sənədlərin salamat qalmasına nail olublar.
O, deyib ki, əşyalardan çox az bir hissəsi zərər görüb və ya oğurlanıb. Amma heç bir kitabxananın və ya kolleksiyaların məhvi müşahidə edilməyib.