Accessibility links

Brahimi Suriya hökuməti və müxalifətini BMT-nin vasitəçiliyi ilə dialoqa çağırır



BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi Suriya hökumətini və müxalifəti ölkədə iki ildir davam edən siyasi böhranı müzakirə etmək üçün BMT ərazisində görüşməyə çağırıb.

Qahirədə danışan Brahimi deyib ki, Suriya müxalifəti və hökumətin təmsil olunacağı nümayəndə heyəti arasında BMT-nin vasitəçiliyi ilə dialoqun keçirilməsi Suriyanın böhran vəziyyətindən vəziyyətindən çıxmasına kömək edə bilər. O, danışıqların keçirilə biləcəyi yerlə bağlı detallara varmayıb.

Mühacirətdə olan Suriya müxalifət koalisiyasının lideri Mauaz Əl-Xətib Əsəd hökumətinin hakimiyyətdən dinc yolla gedişi məsələsini müzakirə etmək üçün vitse-prezident Faruk Əl-Şaraa ilə görüşmək istədiyini deyib. Xətibin Suriya Milli Koalisiyası perzident Əsədin üsyanı qəddarlıqla dağıtmasında birbaşa əli olmayan başqa hökumət nümayəndələri ilə görüşmək təklifini irəli sürüb.

ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov öz nüfuzlarından istifadə etməklə Suriyada siyasi prosesin dəstəklənməsinin əhəmiyyətini yarım saatlıq telefon söhbəti zamanı müzakirə edib.
XS
SM
MD
LG