Bazar ertəsi günorta Boston marafonunun finiş xətti yaxınlığında baş verən partlayışlar nəticəsində azı 3 adam həlak olmuş, 132 adam yaralanmışdır. Ölənlər arasında 8 yaşlı oğlan usağı var.
Şahidlərin dediyinə görə əkiz partlayışların baş verdiyi ərazidə yerə bədən orqanları səpələnib. Yerli hospitallar çox sayda adamın qəlpə yarası aldıqlarını, açıq yaraların və əlayaq kimi orqanlara ciddi zədələrin dəydiyini xəbər verirlər.
Yaralananlar arasında çox sayda uşaq var.
Axşam çağı keçirilən mətbuat konfransında Massaçusetts ştatının qubernatoru Patrik Deval Boston sakinlərini sayıq olmağa çağırıb və şübhəli davranış haqda polisə məlumat verməyi tövsiyə edib.
Federal Təhqiqt Bürosu (FBI) insidentlə bağlı araşdırmanı öz üzərinə götürüb və hadisəni potensial terror hücumu kimi qiymətləndirir.
Boston polisinin rəisi Ed Davis hələlik insidentlə bağlı heç bir şübhəlinin saxlanılmadığını deyir.
CNN-in verdiyi son məlumata görə ayağından zədə almış Səudiyyə Ərəbistanı vətəndaşı hazırda polis nəzarəti altındadır, lakin indiki zamanda o, şübhəli hesab olunmur.
“Bu əməli törədəni tapmaq üçün əlimizdən gələni edəcəyik,” deyə cənab Davis bildirib.