Accessibility links

Milli Şura Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüb

İyulun 2-də Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) 84 səs “lehinə”, bir səs bitərəf olmaqla tanınmış dramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüb. Onun namizədliyini DQMŞ icra aparatının rəhbəri və EL hərəkatının rəhbəri Eldar Namazov irəli sürüb. Gözlənildiyi kimi, R.İbrahimbəyovun namizədliyini Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi, Liberal partiyalarının nümayəndələri dəstəkləyiblər.

XS
SM
MD
LG