Accessibility links

Zimmerman barədə məhkəmə qərarına etirazlar davam edir [Fotoqalereya]


ABŞ şəhərlərində silahsız qaradərili gəncin öldürülməsi ilə bağlı məhkəmə qərarına etirazlar davam edir. Bu gün Los Ancelesdə keçirilən nümayişdə 13 adam həbs olunub.

Bazar günü Floridada andlılar məhkəməsi məhəllədə patrul çəkərkən Treyvon Martin adlı afro-amerikalını qətlə yetirən Corc Zimmermana bəraət qazandırıb. Anqlo-Amerika hüquq ənənəsinə uyğun olaraq mülki vətəndaşlardan ibarət mühakimə heyəti Zimmermana qarşı dövlət ittihamçısının irəli sürdüyü dəlillərin tutarlı olmaması qənaətinə gəlib.

Məhkəmə qərarından bir gün sonra iri ABŞ şəhərlərində nümayişlər başlanıb. Los Ancelesdə bir qrup iştirakçı dinc nümayişçilərdən ayrılaraq Krenşou məhəlləsinə doğru irəliləmiş və burada maşınları əzməyə başlamışlar Bəziləri mağazaların vitrinlərini qırıblar.

Treyvon Martin Zimmermanla əlbəyaxa zamanı öldürülüb. 29 yaşlı Zimmerman özünü müdafiə edərkən yeniyetməni güllələdiyini deyir.

Floridada “Geri Çəkilmə” adlı qanun mövcuddur ki, bu ştat sakinlərinə özlərini müdafiə etmək üçün odlu silahdan istifadə etməyə gəldikdə başqa ştatlara nisbətən daha çox sərbəstlik verir.
XS
SM
MD
LG