Accessibility links

Filippində hərbi qüvvələrlə müsəlman qəbilə qrupu arasında toqquşmalar davam edir


Artıq 3-cü gündür Filippinin Mindanao adasının Zamboanqo şəhərində hərbi qüvvələrlə müsəlman qəbilə qrupu arasında qarşıdurma davam edir.

Hərbi rəsmilərin bildirdiyinə görə, bu günə qədər şəhərin bir hissəsi nəzarətində olan Moro Milli Azadlıq Cəbhəsinin 9 döyüşçüsü öldürülüb.

Hərbi qüvvələr 4 sahil kəndi mühasirəyə alıb. Bu kəndlərdə 200-ə qədər üsyançı yüzlərlə sakindən canlı qalxan kimi istifadə edir. Yaraqlıların 7 nəfəri ərzaq müqabilində azad etdiyi bildirilir.

40 ildir münaqişələrə səhnə olan Filippinin cənub adalarında 150 min insan həlak olub.
1996-cı ildə muxtariyyət tələb edən müsəlmanlarla atəşkəs əldə edilsə də, döyüşlər hələ də davam edir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG