Accessibility links

ABŞ-da siyasi böhranın sonu görünmür


İxtisara salınmış federal işçilər Kapitoli qarşısında etiraz edirlər. 4 oktyabr, 2013.
İxtisara salınmış federal işçilər Kapitoli qarşısında etiraz edirlər. 4 oktyabr, 2013.
ABŞ-da hökumətin bağlantısına gətirib çıxaran böhranın sonu hələ ki, görünmür.

Prezident Barak Obama və onun Konqresdəki Respublikaçı əleyhdarları artıq dörd gündür ki, öz mövqelərini dəyişməkdən imtina edirlər. Yaranmış situasiya federal işçi qüvvəsinin az qala üçdə birinin müvəqqəti ixtisara salınması və əksər hökumət xidmətlərinin dayanması ilə müşayiət olunur.

Prezident Obama özü və vitse prezident üçün nahar yeməyi alır.
Prezident Obama özü və vitse prezident üçün nahar yeməyi alır.
Beşinci ildir ki, Amerikaya rəhbərlik edən Demokrat Obama lokal kafeyə baş çəkərək hökumətin bağlantısının sadə vətəndaşlara göstərdiyi təsirin ağrılarından danışıb. Özünə və vitse prezident Co Baydenə nahar sifariş etməzdən öncə ABŞ prezidenti Nümayəndələr Palatasının Respublikaçı spikeri Con Beyneri qeyd-şərtsiz hökumətin açılmasına icazə verən qanunu qəbul etməyə çağırıb.

İndiyədək Respublikaçılar Demokrat prezidentin xalq arasında “Obamacare” kimi tanınan səhiyyə qanununda dəyişikliklər və yubanmalar olmadan büdcəni təsdiq etməkdən boyun qaçırıblar. Müxalif Respublikaçılar Nümayəndələr Palatasında çoxluq təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG