Accessibility links

ABŞ: İrana qarşı sanksiyaların yüngülləşdirilməsindən danışmaq tezdir


ABŞ-ın Maliyyə naziri Ceykob Lyü deyib ki, keçən həftə Cenevrədə İranın nüvə proqramı ətrafında müzakirələrin aparılmasına baxmayaraq, Birləşmiş Ştatların Tehrana qarşı sanksiyaları yüngülləşdirməsi haqda danışmaq hələ tezdir.

Ağ Ev İranın Qərb diplomatları ilə danışıqlarda yeni səviyyədə ciddilik nümayiş etdirdiyini bəyan edib. Lakin NBC tele-şirkətinə müsahibədə Maliyyə naziri Ceykob Lyü Obama administrasiyasının sanksiyaların yüngülləşdirlməsi istiqamətində addım ata bilməsinə hələ heç bir işarə olmadığını deyib.

“Sanksiyaların yüngülləşdirilməsindən danışmaq hələ tezdir. Sanksiyalar işləyir və müzakirələr də buna görə başlayıb. Biz İran rəsmilərindən nüvə qabiliyyətinə malik olmaq istiqamətindən uzaqlaşdığına dair ciddi addımlar atmasını görmək istəyirik. Biz real, hiss ediləcək dəlillərin olmasını istəryirik. Bu istiqamətdə addımları görməyənə qədər biz sanksiyaları yüngülləşdirməyəcəyik”-deyə ABŞ maliyyə naziri bildiirb.

İsrailin Baş naziri Benyamin Netanyahu da NBC tele-şirkətinə müsahibədə deyib ki, mühüm olan İranın öz niyyətləri ilə bağlı verdiyi açıqlamalar deyil, nəticələrdir. “Məsələ ümiddə deyil. Məsələ konkret nəticədədir. Nəticə də İranın hərbi nüvə proqramının tamamilə dayandırılmasıdır. Buna nail olunsa çox yaxşı olar. Buna sülh yolu ilə nail olunsa, bu, ondan da yaxşı olar”-deyə baş nazir Netanyahu bildirib.

İran nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bəyan edir və beynəlxalq sanksiyalara baxmayaraq, uran zənginləşdirilməsi proqramını davam etdirir.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif keçən həftə onun sözlərilə, “lazımsız böhran”a son qoyulacağı ilə bağlı ümidlərini ifadə edib. “Üzərində işləməli olduğumuz daha mühüm məsələlər var. İran uran zənginləşdirilməsi də daxil olmaqla, dinc məqsədlərlə, lazımi səviyyədə siyasi iradə əsasında və tərksilahla bağlı narahatlıqlar olmadan nüvə texnologiyaları inkişaf etdirmək hüququndan istifadə edir”-deyə İran xarici işlər naziri bildirib.

Keçən həftə Cenevrədə İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü-ABŞ, Rusiya, Çin, Fransa və Britaniya, həmçinin Almaniya arasında keçən danışıqlar iyun ayında İranda mötədil Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra ilk müzakirələr olub. Iran və dünya qüdrətlərinin növbəti görüşünün keçirilməsi gələn ay nəzərdə tutulub.
XS
SM
MD
LG