Accessibility links

Prezident Obama ürəyi gedən qızı tutdu [Video]


Prezident Barak Obama Ağ Evdə səhiyyə islahatlarını müdafiə edərkən qəribə insident baş verib. Onun arxasında dayanmış qız televiziya kameraları qarşısında səndələməyə başlayıb. Bunu sezən ABŞ lideri arxaya dönərək Karmel Allisonun qolundan tutaraq onu yıxılmaqdan saxlayıb.

Prezident çıxış edirkən San Dieqo Dövlət Universitetinin aspirantura tələbəsi baş gicəllənməsi hiss etməyə başlayıb. Ətrafındakılar ilk öncə onun prezidentin üstünə yıxıla biləcəyindən təşvişə düşüblər.

Prezident Obama xanım Allisonu tutduqdan dərhal sonra müşavirlər köməyə gələrək qızı düşdüyü vəziyyətdən çıxarıblar. “Mən səni tutmuşam. Hər şey qaydasındadır,” deyə prezident Karmeli sakitləşdirib. “Mən çox uzun danışanda belə olur.” deyə prezident Obama daha sonra zarafatla əhval-ruhiyyəni yüngülləşdirməyə çalışıb.

Sonradan məlum olub ki, Karmel Allison şəkər xəstəliyindən əziyyət çəkir.

XS
SM
MD
LG