Accessibility links

Haray Proqramı 15 iyun 2012


İran Azərbaycanında hətta ölüm elanlarının doğma dildə verilməsi insanın zindana salınması ilə nəticələnə bilər. Atasının vəfatını yaxınlara xəbər verən Mustafa Əvəzpur bu yaxınlarda məhkəmə binasına çağırılıb və hakim tərəfindən sorğu-suala çəkilib. Bölücülükdə ittiham olunan Əvəzpur Azərbaycan türkcəsindən istifadənin debata açıq olmaqdını deyir. “Biz bu dildən həmişə isitfadə etmişik, yenə də istifadə edəcəyik,” deyə Amerikanın Səsi ilə danışan Mustafa Əvəzpur bildirib. Söhbətə milli-mədəni hüquqlar uğrunda fəal Həsən Dəmirçi də qatılıb.

XS
SM
MD
LG