Accessibility links

ABŞ iqtisadiyyatı sürətlə genişlənir


Dünyanın ən iri iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı gözlənildiyindən daha sürətlə genişlənir.

Ticarət Nazirliyinin cümə axşamı açıqladığı hesabatda deyilir ki, apreldən iyunadək olan kvartalda 4.2 faiz artım müşahidə edilib. Bu rəqəm gözlənilən dörd faizdən böyükdür. Nazirlik genişlənmənin səbəblərini yeni inşaatlara, sənaye avadanlığına və araşdırmaya investisiyalarla izah edir.

Hesabatda həmçinin deyilir ki, Amerikanın iqtisadi inkişafı istehlakçı xərclərinin, ixracatın və xərcləmələrin artması sayəsində tempini sürətləndirib.

İkinci kvartaldakı artım, birinci kvartalda iqtisadiyyatın 2.1 faiz kiçilməsindən sonra qeydə alınıb. İlkin geriləmənin səbəbi kimi qeyri-adi soyuqluöu ilə seçilən havalar göstərilir. İqtisadçılar ilin ikinci yarısında artımın 3 faiz olacağını güman edirlər.

ABŞ-ın əmək bazarı sürətlə əlavə iş yerləri yaradaraq fevraldan bəri hər ay əmək bazarına 244,000 iş əlavə edib. Bu, 2006-cı ildən bəri ən yaxşı altı aylıq artım sayılır.

XS
SM
MD
LG