Accessibility links

Qolan yüksəkliklərində onlarla BMT sülhməramlısı xilas edilib


BMT-nin sülhümühafizə qüvvələrinin onlarla əsgəri İsrailin işğal etdiyi Qolan yüksəkliklərində şiddətli döyüşdən sonra xilas edilib.

BMT Suriya-İsrail sərhəddində 40 əsgərin hələ də atəş altında qaldığını bildirib.

Filippinin müdafiə naziri Volter Qazmin yaraqlıların şənbə günü sülhməramlıların yerləşdiyi iki düşərgədən birinə hücum etdiyini bildirib.

Bu həftənin əvvəli yaraqlılar Qolan yüksəkliklərində daha bir hücum zamanı Ficinin 44 sülhməramlısını Suriya-İsrail sərhəddi yaxınlığındakı postdan apararaq saxlayıb.

BMT ficili sülhməramlılarının azad edilməsinə çağırıb.

Təşkilat cümə günü sülhməramlıların vəziyyətinin yaxşı olduğu və onların fəal döyüş zonasından uzaqlaşdırılmaq məqsədilə saxlandığı haqda mötəbər mənbələrdən məlumat aldığını bildirib.

Əsgərlərin hansı qrup tərəfindən saxlandığı haqda məlumat açıqlanmayıb.

Mediada verilən ilkin məlumatlara əsasən, sülhməramlılar Əl-Qaidə ilə əlaqəsi Əl-Nusra cəbhəsi qrupu tərəfindən saxlanıb.

Filippin və Fici sülhməramlıları BMT-nin Qolan yüksəkliklərində müşahidə missiyasının tərkibində xidmət göstərir.

XS
SM
MD
LG