Accessibility links

19 gündə 32 şirkət (Araşdırma)


Korrupsiya (karikatura)
Korrupsiya (karikatura)

Vergilər Nazirliyi bu ilin yanvarında dövlət qeydiyyatına alınan kommersiya strukturları barədə məlumatların açıqlanmasını başa çatdırıb. Turan Agentliyinin analizi göstərir ki, yeni şirkətlərin dörddə birinin direktoru cəmi 7 adamdır.

Agentliyin hesablamasına görə, yanvarda 487 şirkət, o cümlədən xarici şirkətlərin bir neçə filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınıb. Agentlik bir neçə amilə istinad edərək (ünvan oxşarlığı, nizamnamə kapitalının azlığı, qanuni təmsilçinin eyni olması və s.) hesab edir ki, bunların ən azı 188-i (38,6%) saxtadır.

Yanvarın 19 iş günü ərzində 32 şirkətin direktoru səlahiyyəti Aydın Əhməd oğlu Yarməmmədovun üzərinə qoyulub. Elxan Əbdulqəni oğlu Vahidovun direktoru təyin edildiyi şirkətlərin sayı bundan bir rəqəm azdır. Dadaş Nəzər oğlu Mehdiyev 19 şirkətə, Zaur Böyükkişi oğlu Nağıyev 15 şirkətə rəhbərlik edəcək. Onların ardınca Maarif Vaqif oğlu Həmidov (10), Ceyhun Vaqif oğlu Hüseynov (7) və Rəşadət Ədalət oğlu Məmmədov (5) gəlir. Fevralda bənzər şirkətlərin “klonlaşdırılması” davam edib.

Bu saxta şirkətlərin qeydiyyat yeri kimi Yardımlı, Quba, Hacıqabul, Lənkəran və digər rayonların kəndləri seçilib. Bu şirkətlərin təsisçilərinin adları açıqlanmır. 2012-ci ilin yayından bu məlumatlar məxfi hesab olunur.

Qeyd edək ki, bu şirkətlərdən, adətən, şübhəli dövlət satınalmalarında istifadə olunur. Turan dəfələrlə bu mövzuda yazaraq qeyd edirdi ki, bu satınalmalar birgünlük şirkətlər cəlb edilməklə dövlət büdcəsinin vəsaitlərinin mənimsənilməsi məqsədi daşıyır. Ancaq hüquq mühafizə orqanları hələlik susur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG