Prezident Barak Obamanın bazar günü terrorismin təhlükəsi haqda müraciəti təhlilçilər və qanunvericilər tərəfindən sual meydana gətirib. Onun strategiyasındakı yenilik nədən ibarətdir?
Prezident İslam Dövləti qrupunu dağıtmaq barədə dörd hissəli plan açıqlayıb. Plan İraq və Suriyada hava hücumları, militantlara qarşı döyüşənlərə təlim keçmək, müttəfiqlərlə birgə işləyərək maliyyə və qrupa qoşulma yollarının qarşısını almaq və Suriyada vətəndaş müharibəsini bitirməkdən ibarət olub.
Obama Amerika cəmiyyətinə hər şeyin yaxşı getdiyini deməməliydi. Çünki heç kim buna inanmır.Maks Abrahms
Bu plan demək olar ki, prezidentin 2014-cü ilin avqust ayında qrupa qarşı başlatdığı hava hücumları kampaniyası ilə eynidir.
Şimal-Şərq Universitetinin siyasi elimlər üzrə professoru və Xarici Əlaqələr Şurasının üzvü Maks Abrahms Amerikanın Səsinə bildirib ki, Birləşmiş Ştatlarda terrorizm haqda geniş narahatlıq mövcuddur və buna görə prezidentin çıxışını zəif adlandırmaq olar.
“Obama Amerika cəmiyyətinə hər şeyin yaxşı getdiyini deməməliydi. Çünki heç kim buna inanmır. Düşünürəm ki, amerikalılar İslam Dövləti qrupu ilə mübarizədə yeni yanaşma gözləyirdilər. Çünki göründüyü kimi, status kvo işləmir,” deyə o bildirib.
Senatın Xarici Əlaqələr Kommitəsinin rəhbəri senator Bob Korker prezidentin çıxışı barədə eyni fikrə sahibdir. O deyib ki, prezident yeni strategiya açıqlamaqda müvəffəq olmayıb.
“Administrasiya dəfələrlə demişdi ki, onların İŞİD-i məğlub etmək üçün Konqresdən icazəsi var. Amerikalılar hələ də başa düşməyə çalışır ki, prezident bunu necə edəcək,” deyə Korker bildirir.
Nümayəndələr Palatasının spikeri Paul Ryan Obamanın ABŞ-a bəzi ölkələrdən gəlmək istəyən şəxslərlə bağlı viza proqramını bu həftə səs verməyə çıxaracaq.
Proqrama əsasən son beş il müddətində İraq və Suriyaya vizasız səfər etmiş şəxslərin ABŞ-a gəlməsi üçün viza verilməyəcək və Milli Təhlükəsizlik Departamentinin terrorçu olma ehtimalı olan şəxs barədə digər ölkələr məlumat verməktən imtina edərsə onları viza proqramından çıxarma səlahiyyəti verəcək.
Biz prezidentdən hərbi, kəşfiyyat sahəsində və beynəlxalq müttəfiqlərimizlə bağlı yeni bir şey eşitməyənədək düşməndən bir addım geridə qalacağıq.Paul Ryan (R), Nümayəndələr Palatasının spikeri
Lakin Ryan Obamanın bazar günü çıxışı ilə bağlı tənqidlərə əlavə olaraq bildirib ki, prezident uğursuz siyasətini müdafiə etməyə çalışıb.
“Biz prezidentdən hərbi, kəşfiyyat sahəsində və beynəlxalq müttəfiqlərimizlə bağlı yeni bir şey eşitməyənədək düşməndən bir addım geridə qalacağıq,” deyə Ryan bildirib.
Nümayəndələr Palatasında Demokrat azlığın lideri Nensi Pelosi prezidentin çıxışını müdafiə edib və ölkənin terrorizm qarşısında boyun əyməyəcəyini deyib.
Corctaun Universitetinin Təhlükəsizlik Məsələləri üzrə professor Nikolas Palarino deyib ki, yeni qərarlar militantların silahlanmasının qarşısını almayacaq.
“Birləşmiş Ştatlarda və ya dünyanın hər hansı yerində terrorçu silah əldə etmək istərsə, o buna nail olacaq. Əgər terrorçu bomba və partlayıcı maddə düzəltmək istəyərsə, yenə də o bunu edəcək,” deyə o bildirib.
Abrahms deyib ki, Kaliforniyada baş verən hadisə zamanı həmin şəxsin silahı olmasaydı bombadan istifadə edəcəkdi. O rəsmilərin hücumların qarşısını ala bilməyəcəyini bildirib. Lakin hücumların sayını azaltmaqla insanların buna cəlb olunmasının sayını azaldıla biləcəyini deyib.
“İslam Dövləti qrupunu dəstəkləyənlərin sayını Birləşmiş Ştatlarda azaltmağın ən yaxşı yolu buna ifrat reaksiya verməməkdir. Çünki əgər həddən artıq reaksiya verilsə, xüsusilə də terrorizmlə mübarizə ölçülərində, bu qanunlara riayət edən müsəlmanları cəzalandırmaqla nəticələnəcək və onları radikallaşdırmaqla yanaşı, müsəlman icmalarında radikal şəxslərin müəyyən edilməsində kəşfiyyatı çətinləşdirəcək.