Accessibility links

Donald Trampın xarici siyasət platforması – Amerika Birinci


Donald Tramp Vaşinqtonun Mayflower otelində çıxış edir
Donald Tramp Vaşinqtonun Mayflower otelində çıxış edir

ABŞ-in şimal-şərq ştatlarında keçirilən praymerilərdə nəhəng qələbəsindən sonra Respublikaçılar Partiyasının prezidentliyə namizədi kimi mövqeyini möhkəmlətmiş milyarder Donald Tramp Amerika xarici siyasətini kökülü şəkildə dəyişəcəyini bəyan edib. İlk əsas xarici siyasət nitqində o, Amerikanı millət quruculuğu işindən çıxacaracağını, NATO müttəfiqlərini hərbi xərclərdə öz paylarına düşəni ödəməyə məcbur edəcəyini bildirib.

'Amerika birinci' administrasiyamın fəlsəfəsinin əsasını təşkil edəcək.
Donald Tramp

“Amerika xarici siyasətinin pasını təmizləməyin vaxtı çatıb,” deyə Respublikaçı öncül Vaşinqtonun dəbdəbəli Mayflower otelində bildirib. “Mənim xarici siyasətim Amerika xalqının maraqlarını və Amerikanın təhlükəsizliyini hər şeydən öndə tutacaq.”

Xarici siyasətdə Amerikanın maraqlarını birinci tutmağa çağıran Tramp ölkənin daxil olduğu bir sıra siyasi sazişləri sual altına alıb. O, NAFTA ilə bağlı skeptisizmini ifadə etmiş, ABŞ-ın daxili işlərdə imkanlarını məhdudlaşdıracaq anlaşmalardan uzaq durmağa çağırmıdşır. Bu cür beynəlxalq razılıqları o, “qlobalizmin saxta mahnısı” adlandırıb.

Donald Trampın prezidentliyə namizədlik uğrundakı mübarizədə nailiyyətləri bir çox müşahidəçiləri təəccübləndirib.
Donald Trampın prezidentliyə namizədlik uğrundakı mübarizədə nailiyyətləri bir çox müşahidəçiləri təəccübləndirib.

Teleprompterdən oxuduğu nitqdə (adətən Tramp nitqlərini bədahətən söyləyir) o, habelə prezident Obama və dövlət katibi işləmiş Hillari Klintonu sərt tənqid atəşinə tutub. Demokratların siyasətlərini “məqsədsiz” və destruktiv adlandıran Tramp Obama administrasiyasını “radikal İslam” ifadəsini işlətmədiyinə görə qınayıb.

“Biz İraqdakı səhvlərdən Misirə, Liviyaya və prezident Obamanın Suriyada qum üzərində çəkdiyi qırmızı xəttə getdik.” Obamanı İslam Dövlətinin çiçəklənməsinə imkan verməkdə ittiham edən Tramp eyni zamanda ABŞ-ın millət quruculuğu ilə məşğul olmayacağını bəyan edib. “Mən prezident olsam, İŞİD olmayacaq.”

Biz İraqdakı səhvlərdən Misirə, Liviyaya və prezident Obamanın Suriyada qum üzərində çəkdiyi qırmızı xəttə getdik.
Donald Tramp

NATO müttəfiqləri ilə bağlı əvvəl dediklərinin üstündə duraraq Tramp NATO üzvləri arasında ABŞ-dan başqa yalnız 4 başqa ölkənin ümumdaxili milli məhsullarının minimum 2 faizini müdafiəyə xərclədiklərini vurğulayıb.

“Bizim müdafiə etdiyimiz ölkələr müdafiənin xərclərini ödəməlidirlər. Əgər ödəmirlərsə, onda ABŞ bu ölkələrin özlərini qorumalarına hazır olmalıdır. Başqa seçim yoxdur.”

Rusiya və Çinə gəldikdə Tramp onların rəqib kimi qalmasına lüzum görmədiyini deyib.

XS
SM
MD
LG