Accessibility links

İslam Kərimov və ABŞ

1989-cu ildən bəri müxalifəti əzən və ölkəni avtoritar üsulla idarə edən Kərimov özünə varis yetişdirməyib. Müşahidəçilər bu üzdən ölkədə hakimiyyət boşluğu yarandığını bildirirlər. Güman edilir ki, siyasi keçid prosesi bağlı qapılar arxasında bir qrup rəsmi və ailə üzvlərinin iştirakı ilə baş verəcək. Lakin bu adamlar arasında kompromis əldə olunmazsa, qarşıdurma 38 milyon əhalisi olan ölkəni çalxalaya və islamçı militantların hədəfinə çevrilə bilər. Amnesty International təşkilatı Özbəkistanda insan haqları durumunun bərbad olduğunu bildirir. Minlərlə adamın siyasi motivlərlə həbs olunduğu bu ölkədə işgəncə və başqa növ basqılar mütəmadi hal alıb.

Daha çox yüklə

XS
SM
MD
LG