Accessibility links

Türkiyədə 100-dən çox kürd partiyasının təəssübkeşi həbs olunub


Şənbə günü terror hücumlarının qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq tarixi Qalata Qülləsi türk bayrağının görüntüsü ilə işıqlandırılır. 12 dekabr, 2016.
Şənbə günü terror hücumlarının qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq tarixi Qalata Qülləsi türk bayrağının görüntüsü ilə işıqlandırılır. 12 dekabr, 2016.

Türkiyə polisi kürd təmayüllü Xalq Demokrat Partiyasının (HDP) 118 üzvünü həbs edib. Dövlət mediası bu şəxslərin PKK militant qrupu ilə əlaqəli olduqlarını bildirir.

Ölkə boyu başlanılan reydlər Kürdüstan Fəhlə Partiyasından (PKK) qopmuş qruplaşmanın İstanbul futbol stadionunda qoşa bomba partlayışlarına görə məsuliyyəti öz üzərinə götürməsindən aonraya təsadüf edir. Həmin hücumlarda azı 38 adam ölüb, 150 adam yaralanıb.

Zirehli maşınlar və helikopterlərin müşayiəti ilə polis bölmələri bu gün Türkiyənin bir neçə şəhərində, habelə Ankarada əməliyyatlar keçiriblər.

Bu iddiadan bir neçə saat sonra Türkiyə hərbi təyyarələri PKK-nin şimali İraqdakı mövqelərini bombardman edib. Türk ordusu hava zərbələri nəticəsində militantların baş qərargahı, o cümlədən səngərləri və sığınacaqlarının dağıdıldığını bildirir.

Zirehli maşınlar və helikopterlərin müşayiəti ilə polis bölmələri bu gün Türkiyənin bir neçə şəhərində, habelə Ankarada əməliyyatlar keçiriblər. HDP-nin yüksək rütbəli rəsmisi paytaxtda həbs olunanlar sırasındadır.

Şənbə günü axşam İstanbulda futbol stadionunda baş verən bomba hücumu onlarla adamın həyatına son qoyub. 10 dekabr, 2016.
Şənbə günü axşam İstanbulda futbol stadionunda baş verən bomba hücumu onlarla adamın həyatına son qoyub. 10 dekabr, 2016.

Hazırda parlamentdə ikinci ən iri müxalifət fraksiyası təşkil edən HDP-nin başqa liderləri artıq PKK ilə mümkün münasibətlərə görə həbsdədirlər. Ankara müntəzəm olaraq HDP-ni militant qrupun bir qanadı olmaqda ittiham edir.

PKK Türkiyə, habelə ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınır.

XS
SM
MD
LG