Accessibility links

2016-cı ildə miqrant ölümü rekord həddə çatıb


Beynəlxalq Miqrasiya Təşkilatına əsasən, 2016-cı ildə miqrasiya marşrutlarında hər gün təxminən 20 miqrant həyatını itirir. Bu, əvvəlki illərlə müqayisədə daha yüksək rəqəmdir.

Bu il 7 min 200 ölüm hadisəsinin yarıdan çoxu Aralıq dənizi vasitəsilə Yunanıstan, İtaliya, Kipr və İspaniyaya yolda baş verib. Bu haqda təşkilatın cümə günü açıqladığı bəyanat bildirilir.

Aralıq dənizində yüksək ölüm hallarının artması Avropaya miqrant axınının keçən illə müqayisədə ciddi şəkildə azaldığı bir vaxt daha artıq diqqətə səbəb olub. Beynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə görə, 2015-ci ildə Avropaya gələn miqrantların sayı 883 min 393 nəfər olduğu halda, bu il bu rəqəm 357 min 249 nəfərdir.

Miqrantlar arasında ölüm hallarının Mərkəzi Amerika və Birləşmiş Ştatlar Meksika sərhədi, eləcə də Şimali və Cənubi Afrikada da artdığı müşahidə edilir. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2015-ci ildə 5 min 740, 2014-cü ildə isə 5 min 267 nəfər miqrant həyatını itirib.

Təşkilatın təxminlərinə görə, bu tendensiyanın davam etdiyi halda, bu ilin sonuna qədər daha 300 miqrant həyatını itirə bilər. Lakin təşkilat eyni zamanda bildirir ki, dəqiq rəqəmləri göstərmək çətindir.

Beynəlxalq Miqrasiya Təşkilatının hesabatını açıqlamasından sonra rəqəmlərə yeni düzəlişlər edilib. Belə ki, Aralıq dənizində Liviya sahillərində cümə axşamı gəminin batmasından sonra daha 88 nəfərin itkin düşdüyü haqda məlumat verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG