Accessibility links

Novruz şənlikləri davam edir

Azərbaycanda Novruz bayramı münasibəti ilə təşkil edilmiş el şənlikləri davam edir. Şənliklər ənənəvi olaraq Bakıda Qala Qapısında başlayır, İçəri şəhər mərkəz olmaqla ölkə boyunca yayılır.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündən başlayır. Azərbaycan xalqı qədim zamanlardan başlayaraq bu günləri, yəni baharı - yeni ilin gəlişini şənliklərlə qarşılayır.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib və 2010-cu il fevral 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.

Bu gün Bakıda davam edən el şənliklərində müxtəlif ansambllar çıxış edib, baharı tərənnüm edən qədim xalq mahnıları oxunub.

Kəndirbazlar kəndir üstündə oynayır, kosa və keçəl meydanı boyu dolaşır. Qara zurna yenə zilə çəkir, insanlar qol götürüb oynayır.

İşəri şəhərdə və Qala divarları qarşısında çoxsaylı yarmarkalar təşkil edilib. Xalq sənətinin müxtəlif nümunələri insanlara təklif edilir.

XS
SM
MD
LG