Accessibility links

Gürcüstan Daxili İşlər Nazirliyi Azərbaycan hüquq mühafizə orqanlarının 2014-cü ildən İnterpol vasitəsi ilə adam öldürmək ittihamı ilə axtardığı 27 yaşlı şəxsi oktyabrın 30-da Gürcüstanın Marneuli rayonunda saxlayıb. Saxlaınılan Azərbaycan vətəndaşıdır. Bu barədə newsgeorgie.ge saytı rəsmi orqanlara istinadən məlumat yayıb.

Gürcüstan hüquq mühafizə orqanları həmin şəxsi Marneuli şəhərindən Parvan qəsəbəsinə avtomobildə hərəkətdə olarkən saxlayıb. Axtarış zamanı onun avtomobilindən bir ədəd AKM tipli avtomat və 50 patron olan iki avtomat sandığı götürülüb.

Həmin şəxsə qarşı Gürcüstanda sərhədi qanunsuz keçmə və qanunsuz odlu silah, sursat saxlama ittihamı irəli sürülüb. Tutulan şəxsi Gürcüstan Cinayət Məcəlləsinə görə 3 ildən 6 ilədək həbs gözləyir.

Gürcüstan hüquq mühafizə orqanları saxlanılan şəxsin ad və soyadı barədə məlumnat verməyib.

Azərbaycan hüquq mühafizə orqanları isə hələ bu məlumatla bağlı şərh verməyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG