Alimlər yenidən Aya getməyi planlaşdırır
İnsanın Aya basdığından artıq 45 il keçib. Bu hadisə 1972-ci ildə baş verib. Bu yaxınlarda Universitetlərin Kosmos Araşdırmaları Assosiasiyası tərəfindən təşkil olunan illik fəza tədqiqatı konfransında NASA rəsmiləri və alimlər Ayın tədqiqatı ilə bağlı həyacanlarını dilə gətirib, lakin onlar bunun nə zaman baş verəcəyinə dair heç bir məlumat verməyib.