Accessibility links

Azərbaycan neft satışından 137 milyard dollar gəlir əldə edib


2001-ci ildən başlayaraq 2018-ci ilin dekabrınadək Azərbaycan Dövlət Neft Fonduna "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən neftin satışından 137 milyard 446 milyon dollar daxil olub. Bu barədə Dövlət Neft Fondunun məlumatnda deyilir.

Mənbənin məlumatına görə, bu ilin 11 ayında AÇG neftinin satışından fonda 8,96 mlrd. dollar daxil olub.

Bu ilin 11 ayında "Şahdəniz" yatağından qaz satışından gəlirlər 222 mln. dollar təşkil edib. 2007-ci ildən başlayaraq bu yataqdan qaz və kondensat satışından gəlirlər 506 mln. dollar təşkil edib.

Dövlət Neft Fondunun məlumatına görə, hazırda onun aktivləri 40 mlrd. dollardan bir qədər azdır.

XS
SM
MD
LG