Accessibility links

Yeniyetmələrin yeni əyləncəsi - TikTok


Yeniyetmələrin yeni əyləncəsi - TikTok
please wait

No media source currently available

0:00 0:01:41 0:00

TikTok video applikasiyası dünyanın ən çox yüklənən tətbiqetməsinə çevrilib. Yeniyetmələr bu platformada rəqs, dodaq sinxronizasiyası, komediya tipli azı 15 saniyəlik videolarını paylaşır.

TikTok yeniyetmələr üçün əyləncə vasitəsidir.

“Məncə bəzi videolar çox gülməlidir.Bu, onlayn video hazırlamağın və başqa insanlarla ünsiyyət qurmağın yaxşı yoludur”, 14 yaşlı Skaylar deyir.

TikTok istifadəçiləri 15-60 saniyə arasında qısa videolar hazırlayır….Bu videoda onlar musiqi sədaları altında əylənir, rəqs və ya dodaq sinxronizasiyası edir.

TikTok
TikTok

“Mən düşündüm ki, mən sadəcə izləməkdən bezmişəm. İndi viral ola biləcək videolar hazırlamağa çalışıram. TikTok tətbiqetməsində xoşuna gələn mahnını seçməklə başlayırsan”, 14 yaşlı Menim söyləyir.

İstidafəçilər səs yazısı tapır… Bu bir mahnı, bir cümlə və ya başqa insanın TikTok-u ola bilər.

TikTok-un alqoritmi hər gün bir milyarddan çox istifadəçiyə izləmək üçün yeni videolar təqdim edir.

“Mən adətən ya mem, ya da rəqslərin olduğu videolar hazırlayıram, çünki onlar gülməli olur. Onları öyrənmək çox vaxt aparır, amma öyrənəndən sonra da çox əyləncəli olur”, 14 yaşlı Morqan deyir.

“Mənim çoxlu dostlarım bunu edirdi. Bu gülməlidir, xüsusilə də kiçik qrup insan olanda və siz videodakı musiqi və ya sözlərlə əlaqə quranda. Videonu hazırlamaq da çox əyləncəlidir”, o əlavə edir.

Tətbiqetmə həm də aludəçilik yaradır.

“TikTok-un bir cəhəti odur ki, bir neçə dəqiqəlik daxil olduğunu düşünürsən, amma daxil olandan sonra saatlarla videolar izləyirsən”, Skaylar deyir.

Bu yeniyetmələr deyir ki, TikTok onlar üçün əylənmənin və əyləndirmənin yeni yoludur.

XS
SM
MD
LG